COP29

”Məni ən çox incidən...” - Yerli publikanı maraqlandıran sualın cavabını verdi

10 Noyabr 2023 23:40 Turan 431
”Məni ən çox incidən...” - Yerli publikanı maraqlandıran sualın cavabını verdi

Yayda heyətlə bağlı ciddi dəyişikliklərə məruz qalan “Turan Tovuz” hələ ki, turnir cədvəlində layiq olduğu yerdə deyil.

Düzdür, cari mövsüm üçün qərb təmsilçisinin qarşısına avtokuboklara vəsiqə tələbi qoyulmayıb. Lakin hər məşqçi və futbolçunun arzusu ən yüksək məqsədlər olduğu kimi, mütləq ki, onlar da yaxşısını arzulayır.

“Turan Tovuz”un ən böyük problemi nəticələrdə sabitliyin olmamasıdır. Ayxan Abbasovun çalışdırdığı kollektiv 12 turdan sonra 4 qələbə və 3 heç-heçə sayəsində 15 xal toplamağa nail olub. Lakin bu mövsüm bir dəfə də olsun ardıcıl 2 qələbə qazanmayıb.

Komandanın aparıcı futbolçularından olan Roderik Miller Sportinfo.az-a açıqlamasında qeyri-sabitliklə bağlı bunları deyib:

“Bəzən udub, bəzən uduzmağın səbəbi inam və güvən məsələsi ola bilər. Futbol elə oyundur ki, hər dəfə qalib gəlməyin mümkünsüzdür.

Bəzən istədiyini edə bilmirsən, bəzən şanssızlıq olur, bəzən səhvlərə yol verirsən. Məsələn, “Səbail”lə son oyunumuzu götürək. 5:0 hesabı ilə qalib gəlməli olduğumuz matç idi.

Həmin oyunda məni ən çox incidən yol verdiyimiz səhvlər idi. Bəzən daha sərt və aqressiv olmağı bacarmalıyıq.

İkili mübarizədə, qaçmaqda, tullanmaqda, zonaları bağlamaqda hamımız bacardığımızın 100 faizini vernəliyik. “Turan Tovuz” bir ailədir, burada olan hər kəs digəri üçün canını verməlidir, yeri gələndə birimiz hamınız, hamımız birimiz üçün döyüşməliyik.

Çox yaxşı komandamız var. Və bunu bəzi oyunlarda göstərmişik. Özümüzə olan inamı artırsaq, daha yaxşısını edəcəyik. Mən buna əminəm”.

Roderik Miller cari mövsümdə meydana çıxdığı 9 qarşılaşmada 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"