
Noyabrın 7-də ölkə futbolunun tanınmış simaları Bakıdakı şadlıq sarayında bir araya gəlmişdi.
Azərbaycanın savadlı futbol məşqçilərindən sayılan, uzun illər “Neftçi”də çalışan, ötən yayda “Turan Tovuz”da işləyən Kamil Qafarov qız övladının xeyir işi üçün dost-tanışını başına yığmışdı.
Toy iştirakçıları üçün ən maraqlı anlar “Turan Tovuz”un kollektivi səhnəyə çıxarkən yaşandı.
Emmanuel Hakmanla Bruno Qonçalvesin Azərbaycan milli mahnılarını öz tərzlərində rəqs etməsi, Alexandro Serranonun ispan olmasına rəğmən, toyda özünü rahat hiss etməsi, hətta qavalı boynuna keçirməsi məclisə xüsusi rəng qatdı.
Maraqlı anların görüntülərinə aşağıdakı videoda baxa bilərsiniz:
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: