COP29

“Bu cür uduzmaq utandırıcıdır“ - ŞOK AÇIQLAMA!

8 Noyabr 2023 16:40 Turan 562
“Bu cür uduzmaq utandırıcıdır“ - ŞOK AÇIQLAMA!

“Məğlub olmağımızın əsas səbəbi kimi konsentrasiyanı itirməyimizi göstərə bilərəm”.

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller Sportinfo.az-a açıqlamasında komandasının “Səbail”ə yenilgisini (1:2) şərh edib.

Premyer Liqanın 12-ci turu çərçivəsində baş tutan oyunda tovuzlular ilk hissədə hesabı açsa da, fasilədən sonra özünə gələn meydan sahibləri 2 qol vuraraq qələbəni bayram etdi.

Panamalı futbolçunun fikrincə, ilk hissədə ələ düşən qol imkanlarının boşa verilməsi həlledici rol oynayıb:

“Birinci yarıda əla şanslarımız var idi. Onlardan yararlana bilməməklə işimizi çətinə saldıq.

“Səbail”in bəxti gətirdi. Bütün oyuna nəzarət etdik, üstün olduq, amma qələbəni onlar qazandı.

Bu cür uduzmaq utandırıcıdır. Fasilədən sonra meydana rahat çıxdıq.

İlk 45 dəqiqədə üstünlük tərəfimizdəydi deyə, qalib gələcəyimizi düşünürdük.

Bundan sonra başa düşməliyik ki, futbol 90 dəqiqə oynanılır, 45 dəqiqə yox. Məğlubiyyətə görə həm əsəbiyəm, həm də üzgünəm”.

31 yaşlı müdafiəçi cari mövsümdə meydana çıxdığı 9 matçda 3 qol və 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"