«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev rayon ərazisində geniş torpaq sahəsi almasını xəbər vermişdik.
Tanınmış iş adamı şəhərin girişinə yaxın yerdə 10 hektor ərazini artıq özəlləşdirib.
Yerli İcra Hakimiyyətinin köməyi ilə əldə olunan torpaq sahəsi klub üçün istifadə ediləcək.
Burada böyük baza və bir neçə meydança salınacaq. Həmçinin akademiya tikiləcək.
İnşaat layihəsi də hazırdır. Ərazidə işlərin nə vaxt başlanacağı da artıq dəqiqləşib. Dekabrda kompleksin təməli atılacaq.
Bunun üçün E.Quliyevə məxsus şirkətin büdəsindən bir neçə milyon manat ayrılıb.
SPORTİNFO.AZ

