Belə tərəfdardan Azərbaycanda başqa harada var? - VİDEO

31 Oktyabr 2023 16:40 Turan 1 125
Belə tərəfdardan Azərbaycanda başqa harada var? - VİDEO

“Turan Tovuz” cari mövsümdə doğma meydanda ilk qələbəsini qazandı.

Ayxan Abbasovun yetirmələri qərb derbisində “Turan Tovuz”un daşını daş üstə qoymayıb əzəli rəqibinin qapısından 4 top keçirdi.

Oyun başa çatandan sonra Tovuz şəhər stadionunda əsl bayram idi.

Azarkeşlər öncə Ayxan Abbasovun adını səsləyib onu alqışladı, daha sonra futbolçuları çağırıb təşəkkür etdi. Yekunda arenada eşidilən Azərbaycanın oynaq mahnılarının sədaları altında rəqs etməklə diqqət çəkdilər.

Stajlı azarkeşlər qələbəni rəqslə qeyd edən anda tribunada dayanıb yaşananları həvəslə izləyən qızcığaz da marağa səbəb oldu.

Budur futbol eşqi! Budur əsl futbol fanatı olan tovuzluları digərlərindən fərqləndirən cəhət!

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti