Azərbaycanda oyundan sonra yaşananlar BU VİDEODA

30 Oktyabr 2023 23:00 Turan 749
Azərbaycanda oyundan sonra yaşananlar BU VİDEODA

Premyer Liqanın 11-ci turu da “Kəpəz”in üzünü güldürmədi.

Gəncə təmsilçisi qərb derbisində “Turan Tovuz”dan 4 cavabsız top buraxmaqla darmadağın oldu.

Oyun başa çatandan sonra meydanda fərqli ab-hava yaşanırdı. Tovuzlu futbolçular yerli azarkeşlərin təbriklərini qəbul edir, bunun üçün onlara təşəkkür edirdi.

“Kəpəz”in oyunçuları isə çarmıxa çəkilmişdi. Bir qrup azarkeş hakimin final fitini gözləyirdi ki, məşqçi və futbolçu heyətini tribunanın qarşısına çağırıb, hesabat tələb etsin.

Belə də oldu.

İnqilab Məmmədov oyunun başa çatdığını elan edən kimi “Kəpəz”in üzvləri Gəncədən gələn azarkeşlərin qarşısına getdi. Fanatların etirazı komandanın bərbad oyun sərgiləməsi və qələbə üzünə həsrət qalmasına görəydi.

Onlar hər dəfə ev və səfər oyunlarına gəldiklərini, lakin yaxşı tərəfə dəyişən bir şey görmədiklərini deyərək, ən qısa zamanda dəyişiklik gözlədiklərini komanda üzvlərinin diqqətinə çatdırdılar.

“Turan Tovuz” camiəsi isə, qeyd etdiyimiz kimi, əzəli rəqibi üzərindəki qələbəni bayram edirdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti