Premyer Liqanın 11-ci turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edib (4:0).
İlk hissəsi 1:0 tovuzluların xeyrinə başa çatan qarşılaşmanın ikinci yarısı məhsuldar alınıb.
“Turan Tovuz” daha qol vuraraq hesab arasındakı fərqi gəncəlilər üçün biabırçı həddə çatdırıb.
Luis Paçunun 68-ci dəqiqədə vurduğu qoldan sonra Gəncədən Tovuza gələn azarkeşlər yer aldıqları tribunanı tərk edib. Daha sonra azarkeşlərlə “Kəpəz” rəsmilərindən biri ilə söz atışması yaşanıb.
Sevimli komandalarına etirazı bu şəkildə bildirən fanatların bu cür davranışı tovuzluların ürəyincə olub.
Onlar əzəli rəqibin azarkeşlərini fitə basaraq yola salıb. Polislərin işə qarışmasından sonra mümkün insidentin qarşısı alınıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

