Nə yazmışdıq, oldumu?

29 Oktyabr 2023 11:05 Turan 951
Nə yazmışdıq, oldumu?

11 turdan sonra Premyer Liqada ən çox qol vuran komandaların sıralaması belədir: «Qarabağ», «Səbail», «Turan Tovuz».

İlk ikisi medalları uğrunda yarışmanın birbaşa mərkəzindədir.

«Turan» bir qədər arxada mövqe tutub, altıncı sıradadır. Ayxan Abbasovun bu yerlə qane olmayacağı şübhəsizdir.

İndiyədək bəzi ekspertlər iddia edirdilər ki, «Turan» baxımlı futbol oynamaq istəmir, sırf nəticəni düşünür.

Derbi bu fikirlərin hamısını yerlə bir etdi. Hələ ötən həftə «Qarabağ»a sinə gələn «Turan» qərb derbisində də «Kəpəz»i meydana çıxmağa peşman elədi.

Sezonun əvvəlini xatırlayın, Otto Con haqda nə yazmışdıq? Yazmışdıq ki, Otto «sirli qutu»dur, açılışsa, qollarını sıralayacaq.

«Qarabağ»a birin vurmuşdu, birini də dünən «Kəpəz»ə vurdu. Otto boş zona tapanda qolun iyini uzaqdan alan hücumçudur, bağışlamaz, rəhm etməz.

Ayxan Abbasov nigeriyalı forvardı qazanmağa və «Turan»a qazandırmağa çox yaxındır.

«Turan» üçün bir başqa əlamətdar hadisə cari birincilikdə ilk ev qələbənin əldə olunmasıdır. Axır ki, şeytanın qıçını sındırdılar.

Özgüvən baxımından, 4:0 əla stimuldur. Qoy inansınlar ki, doğma tərəfdar önündə də qələbə qazanmaq mümkündür.

Dünənə kimi bu inam «Turan»ın formasını geyinənlərdə yox idi.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti