Premyer Liqanın 11-ci turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edir.
Tovuz şəhər stadionunda projektorların quraşdırılması və oyunun axşam saatlarında başlaması qərb derbisinə əlavə rəng qatıb.
Daha bir ürəkaçan mənzərə klub rəhbərliyinin şəhid və qazi ailələrinə göstərdiyi diqqətdir.
Belə ki, mərkəzi tribunada Qarabağ döyüşlərində canından keçmiş şəhidlər və yaralanmış qazilərin ailələri, həmçinin qazilər üçün iki sıradan ibarət xüsusi yerlər ayrılıb və oturacaqların üzərinə bununla bağlı elan yerləşdirilib.
Həmin yerlərdə sırf nəzərdə tutulan şəxslərin əyləşdiyini demək çətindir. Çətin olmayan “Turan Tovuz”un atdığı bu addımı alqışlamaqdır.
HƏBİB / SPORTİNFO.AZ

