"Bundan sonra da meydanda can qoymaqda davam edəcəm"

25 Oktyabr 2023 20:40 Turan 842
"Bundan sonra da meydanda can qoymaqda davam edəcəm"

“Turan Tovuz” Premyer Liqanın hesabat turunda son ölkə çempionunu büdrətdi.

Bölgə təmsilçisi “Qarabağ”la oyunda hesabda iki dəfə geri düşməsinə baxmayaraq, yekunda meydanı 2:2-lik bərabərliklə başa vurdu.

Matçda diqqətçəkən məqamlardan biri tovuzlu azarkeşlərin Belajdi Pusiyə olan inamı idi.

Tribunalara toplaşanlar ikinci hissənin gedişində bir neçə dəfə albaniyalı futbolçunun soyadını çağırmaqla onu meydanda görmək istədiklərinin mesajını verdilər.

Və çox keçmədən Ayxan Abbasov Pusiyə şans verdi.

Belajdi Sportinfo.az-a açıqlamasında tərəfdarların inamından motivasiya aldığını gizlətməyib:

“Bəli, azarkeşlərin soyadımı səslədiyini eşitdim. Bu, olduqca qürurverici idi.

Mənə göstərdiklərini inama görə hər birinə təşəkkür edir və sizin vasitənizlə onlara minnətdarlığımı bildirmək istəyirəm. Bilsinlər ki, onları sevirəm.

Həmin an hansı hislər keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Onların dəstəyi mənə motivasiya və özgüvən verdi və verəcək də.

Bu günə qədər bacardığımın 100 faizini etməyə çalışmışam. Bundan sonra da meydanda can qoymaqda davam edəcəm”.

Bu ilin əvvəlindən “Turan Tovuz”un şərəfini qoruyan Belajdi Pusi cari mövsümdə meydana çıxdığı 10 oyunda 3 qolla yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti