«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev komandanı mükafatlandırıb.
Tanınmış iş adamı Premyer Liqanın 10-cu turunda «Qarabağ»la 2:2 edən kollektivin əməyini pul ənamıyla qiymətləndirib.
Tikinti maqnatı əsas heyətdə meydana çıxan oyunçuların hər birinə 2000 manat civarında ödəmə edib.
Tovuzda keçirilən matçda hesabı «Qarabağ» açıb. Juninyo 7-ci dəqiqə qol pərdəsini aralayıb. Otto Con ikinci hissənin lap əvvəlində bərabərlik qolunu vurub.
Leandro Andrade əsas vaxtın düz tamamında «köhlən atlılar»ı yenidən önə çıxarıb. Mübarizə əzmi qırılmayan qərb təmsilçisi 90+4-cü dəqiqədə Ayxan Quseynovla yenidən hesaba tarazlıq gətirib.
Ehtiram Quliyevin də ən çox xoşuna bu gəlib. 90 dəqiqə VİP-lojada həyacanlı oyunu izləyən və siqareti siqaretə calayan sədri komandanın çıxışı necə lazımdır məmnun edib.
SPORTİNFO.AZ

