"Qarabağ"ın oyunu heç-heçə başa çatacaq" - Futbolumuzun tanınmış iş adamı

25 Oktyabr 2023 10:40 Turan 906
"Qarabağ"ın oyunu heç-heçə başa çatacaq" - Futbolumuzun tanınmış iş adamı

"Bu səfər Azərbaycan futboluna olan sevgimdən irəli gəlir.

Həmin sevginin içində "Qarabağ"da var, Qurban Qurbanovun futbol dəsti-xətti də".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"la Almaniyaya yollanan "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

Əyalət klubuna sponsorluq edən "Huner Group"un rəhbəri, eyni zamanda, tanınmış futbol funksioneri bu səfərdə "Qarabağ"a azarkeşlik edəcəyini gizlətməyib.

Ehtiram bəy "Bayer Leverkuzen"lə oyunla bağlı maraqlı proqnoz verib:

"İndiyə qədər "Qarabağ"ın bir neçə səfər matçını yaxından izləmişəm. Bu, demək olar ki, ən çətin səfərlərdən biridir.

Rəqib Bundesliqanın lideridir. Ümid edirəm ki, sərfəli nəticə ilə qayıdarıq. Əsas olan "Qarabağ"ın ifasında gözəl oyun izləməkdir.

Proqnozum? Məncə, oyun heç-heçə başa çatacaq".

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti