Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalının "Turan Tovuz"un baş sponsoru “Huner Group”un qonağı olmasını xəbər vermişdik.
Görüşdə “Turan Tovuz”n İdarə Heyətinin sədri Ehtiram Quliyev, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, klubun direktorları - Əli Balakişiyev, Nadir Nəbiyev və Səməd Nəsibov iştirak edib.
Görüşdə "Turan Tovuz"la Acun Ilıcalının sahibi olduğu “Hall Siti” ilə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Təklifləri müsbət dəyərləndirən qonaq yaxın gələcəkdə hər iki klubun bütün sahələrdə mümkün əməkdaşlığından məmnun olacağını bildirib.
İlkin razılığa əsasən, "Turan Tovuz"un əməkdaşları, məşqçi və futbolçu heyəti “Hall Siti”nin iş prinsiplərini öyrənmək və təcrübələrini artırmaq üçün İngiltərədə klubun düşərgəsində təcrübə keçəcəklər.
Acun Ilıcalı tanışlıq əsnasında "Turan Tovuz"ın hazırkı durumu ilə yaxından maraqlanıb. O, komandanın Premyer Liqanın son turunda hansı rəqiblə qarşılaşdığını soruşub.
Qərb təmsilçisinin "Qarabağ"la 2:2 etməsini eşidən türkiyəli biznesmen yaxşı mənada təəccübləndiyini gizlətməyib.
Mötəbər qonaq "afərin, "Qarabağ"ı yaxşı tanıyıram, oyunlarını izləmişəm " deyib və "Turan Tovuz" rəhbərliyini, o cümlədən, baş məşqçi Ayxan Abbasovu təbrik edib.
SPORTİNFO.AZ

