Məşhur iş adamı gəldi, Azərbaycan və İngiltərə klubları arasında razılıq əldə olundu - FOTOLAR

23 Oktyabr 2023 16:20 Turan 1 132
Məşhur iş adamı gəldi, Azərbaycan və İngiltərə klubları arasında razılıq əldə olundu - FOTOLAR

Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı "Huner Group"da olub.

Sportinfo.az xəbər verir ki, bu haqda "Huner Group"un yaydığı açıqlamada bildirilir.

Qonağa şirkət və onun həyata keçirdiyi layihələr barədə məlumat verilib. Həmçinin gələcək perspektivdə əməkdaşlıqla bağlı geniş müzakirələr aparılıb.

Görüşdən sonra iki futbol klubunun sahibi olan Acun Ilıcalıya "Turan Tovuz"un forması hədiyyə edilib.

Xüsusilə Acun Ilıcalının sahib olduğu "Hall Siti" ilə "Turan Tovuz" arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub.













Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti