Premyer Liqada 10-cu turun ən dramatik qarşılaşmalarından biri Tovuzda baş tutdu.
"Turan" doğma meydanda "Qarabağ"la üz-üzə gəldi.
Ev sahibləri oyunun gedişində iki dəfə hesabda geri düşsə də, son dəqiqələrdə məğlubiyyətdən qaçmağı bacardı. Nəticə qərb təmsilçisini qane etsə də, hakimlikdən kəskin narazı qalıb.
"Turan" referi Fərid Hacıyevin idarəçiliyinin qərəzli olmasını göstərən bəyanat da yayıb. Baş hakimin 29-cu dəqiqədə verdiyi qərar onları hiddətləndirən əsas epizodlardan biridir.
Belə ki, qonaqların braziliyalı hücumçusu Juninyo ikili mübarizə zamanı Roderik Millerə qarşı kobud davransa da, "fit sahibi" ona sarı vərəqə göstərməyib. O, yalnız panamalı müdafiəçini cəzalandırıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

