Bu adam “Qarabağ”ın oyununda Tovuz əhlini özündən çıxardı - VİDEO

20 Oktyabr 2023 21:00 Turan 1 868
Bu adam “Qarabağ”ın oyununda Tovuz əhlini özündən çıxardı - VİDEO

Premyer Liqanın 10-cu turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edib.

Kifayət qədər maraqlı keçən oyunda tribunalarda gərgin anlar yaşanıb.

Baş hakim Fərid Hacıyevin bəzi şübhəli qərarları tovuzlu futbolsevərləri özündən çıxarıb.

İkinci hissədə “Turan Tovuz”un futbolçusu Roderik Miller künc zərbəsindən ötürülən topu başla qapıdan keçirsə də, Hacıyev qolu hesaba almayıb.

Bundan bir neçə saniyə “Qarabağ” meydan sahiblərinin qapısına yol tapıb. Məhz bundan sonra azarkeşlər referinin ünvanına nalayiq ifadələr işlətməklə əsəblərini soyutmağa çalışıb.

VAR-dan gələn siqnal nəticəsində ağdamlıların qolu da hesaba alınmayıb.

HƏBİB, Tovuz

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti