Bu da yenilənmiş möhtəşəm Tovuz stadionu! - FOTOLAR

20 Oktyabr 2023 19:00 Turan 1 517
Bu da yenilənmiş möhtəşəm Tovuz stadionu! - FOTOLAR

remyer Liqanın 10-cu turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edir.

Çempionat oyunu Tovuz şəhər stadionunda ilk dəfə projektor işıqları altında keçirilir.

Klub rəhbərliyinin işıqlandırma sistemini işə salması azarkeşlərin böyük sevincinə səbəb olub. Arenaya təşrif buyuran fanatlar məlum ab-havanı maraqla izləyir, öz aralarında müzakirə aparır.

Yenilik təkcə projektorlar deyil. Belə ki, tribunaların tavanında da işıqlandırma sistemi quraşdırılıb. Mərkəzi sektorla üzbəüz tribunalar da xüsusi qurğularla “işığa çıxıb”.

Daha bir yenilik arenanın ərazisində yeni tikilinin istifadəyə verilməsidir. Azarkeşlərin giriş qapısının yanında inşa olunmuş tikilidə “Fan Şop” (Azarkeşlər üçün dükan) və “Fast Food” (Qəlyanaltı dükanı) yerləşdirilib.

Düzdür, azarkeşlərin atribut alması hələ ki, mümkün deyil. Lakin yemək sarıdan korluq yaşanmır. Futbolsevərlər müəyyən qədər xərcə düşməklə müxtəlif cür burger və sendviçlərlə qidalana bilərlər.

HƏBİB, Tovuz

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti