"Qarabağ"a qarşı oynaya biləcək

19 Oktyabr 2023 08:50 Turan 690
"Qarabağ"a qarşı oynaya biləcək

"Araz-Naxçıvan"a qarşı keçirilmiş yoxlama görüşündə zədələnən və görüşü yarımçıq tərk edən "Turan-Tovuz"ın qapıçısı Aydın Bayramovun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, yoldaşlıq oyununda topuğundan zədələnmiş qolkiper MRT müayinəsindən keçib.

Bayramovun zədəsinin ciddi olmadığı aşkarlanıb.

Premyer Liqanın 10-cu turunda "Qarabağ"la görüşdə meydanda olacağı gözlənilir. Matç oktyabrın 20-də keçiriləcək və 18:30-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar