Bölgə klubu kapitanından ACI XƏBƏR aldı

18 Oktyabr 2023 23:40 Turan 1 031
Bölgə klubu kapitanından ACI XƏBƏR aldı

“Turan Tovuz” kapitanı ilə bağlı xoş olmayan xəbər alıb.

Şəhriyar Əliyev daha 2 həftə yaşıl meydan üzünə həsrət qalacaq.

Sentyabrın 30-da “Neftçi” ilə oyunda zədələnən təcrübəli müdafiəçiyə 3 həftədən sonra məşqlərə başlayacağı bildirilmişdi.

Dizində şiş, ayaq əzələsində hissəvi yırtıqlar aşkarlanan Əliyev hələ də ağrılar hiss etdiyindən, daha bir müddət müalicə almalı, ən yaxşı halda yüngül hərəkətlər etməlidir.

Bu isə o deməkdir ki, həftəsonu “Qarabağ”la matçda iştirak edə bilməyəcək kapitan oktyabrın 28-dəki “Turan Tovuz”la “Kəpəz” arasındakı qərb derbisini da kənardan izləyəcək.

Şəhriyarın oktyabrın 3-də “Səbail”lə qarşılaşmaya qədər tam hazır olacağı da sual altındadır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti