Azərbaycan klublarının əcnəbiləri: Biri oynadı, biri əl çaldı, əhvalları düzəldi - VİDEO

17 Oktyabr 2023 02:50 Turan 736
Azərbaycan klublarının əcnəbiləri: Biri oynadı, biri əl çaldı, əhvalları düzəldi - VİDEO

"Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi və "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramın şərəfini qoruduğu Moldova millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Polşa ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Varşavada keçirilən görüş heç-heçə başa çatıb - 1:1.

Marandiçi bütün oyunu meydanda olub və sarı vərəqə ilə cəzalandırılıb.

Avram isə ehtiyat oyunçular skamyasında oturub. Hazırda Moldova 9 xalla qrupda dördüncü yerdədir və AVRO-2024-ə vəsiqə şansını hələ də saxlayır.

Polşa - Moldova 1:1
Qollar:
Nikolesku, 26 (0:1), Sviderski, 53 (1:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti