Bölgə klubu yoxlama matçına ciddi itki ilə üzləşdi - FOTO

14 Oktyabr 2023 21:20 Turan 1 010
Bölgə klubu yoxlama matçına ciddi itki ilə üzləşdi - FOTO

Milli komandalara görə Premyer Liqada yaranmış fasilədən istifadə edən "Turan Tovuz" digər yüksək liqa təmsilçisi "Araz Naxçıvan"la yoxlama görüşü keçirib.

2:2 hesablı bərabərliklə nitən qarşılaşmada bölgə klubu ciddi itki ilə üzləşib.

Belə ki, "Turan"ı kapitan kimi meydana çıxaran Aydın Bayramovun ikinci yarının əvvəli zədə alaraq meydanı tərk etmək məcburiyyətində qalıb.

Onu qapıda Tərlan Əhmədli əvəzləyib.

26 yaşlı qapıçı ağrılar içində və həkimlərin köməkliyi ilə meydançanın kənarına çıxıb.

İlk baxışdan ciddi zədə təəssüratı yaradan qapıçının yekun durumuna sabah MRT müayinəsindən sonra aydınlıq gələcək.

XANOĞLAN / SPORTİNF.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti