“Turan”ın müdafiəçisi İsveçə qarşı oynadı, “Araz”ın qapıçısı lazım olmadı

14 Oktyabr 2023 01:20 Turan 752
“Turan”ın müdafiəçisi İsveçə qarşı oynadı, “Araz”ın qapıçısı lazım olmadı

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan İsveç millisi yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda Moldova ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.

Moldova yığmasının heyətində “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç 90 dəqiqə meydanda olub.

O, 66-cı dəqiqədə sarı vərəqə alıb. Moldova millisinə dəvət alan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə ehtiyatda qalıb.

İsveç - Moldova - 3:1

Qollar: Karlsson, 9 (1:0), Laqerbilke, 18 (2:0), Nikolaeski, 39 (2:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti