Qayınatası rəhmətə gedən futbolçu özünə gələ bilmir: “Çətinlik yaşadım”

12 Oktyabr 2023 21:20 Turan 1 325
Qayınatası rəhmətə gedən futbolçu özünə gələ bilmir: “Çətinlik yaşadım”

Yayda “Turan Tovuz”la müqavilə bağlayan Sərtan Taşkın hələ ki, gözlənilən effekti vermir.

Öncəki 3 ili “Zirə”nin heyətində çıxış edən və buradakı oyunu ilə Azərbaycan millisinə qədər yüksələn cinah müdafiəçisi cari mövsümdə özünə bənzəmir.

26 yaşlı futbolçu geridə qalan 9 çempionat görüşünün 8-də meydana çıxıb ki, bunların 5-də əsas heyətdə yer alıb, 3-də mübarizəyə sonradan qoşulub.

Lakin performansı heç də istənilən səviyyədə deyil. Sərtanın müdafiədə yol verdiyi səhvlər və hücumlar zamanı cinahda əvvəlkitək faydalı ola bilməməsi diqqətdən yayınmır.

Səbəbkar Sportinfo.az-a açıqlamasında çıxışındakı geriləmənin səbəbini söyləyib:

“Razıyam, müəyyən mənada əvvəlki formamdan uzağam. Daha doğrusu, ötən mövsümkü qədər ekkektli deyiləm. Bu da uyğunlaşma prosesini çətin keçirməyimlə bağlıdır.

Ailəmdəki problemlərə görə çətinlik yaşadım. Buna baxmayaraq, “Turan Tovuz”a kömək etmək üçün əlimdən gələni edirəm. Formamı qaytarmaq üçün nə lazımdırsa edirəm və edəcəyəm”.

Bildirək ki, Sərtanın tikinti sahəsində çalışan qayınatası ölkənin tanınmış şəxsiyyətlərindən idi. O, bu ilin yayında xəstəlik səbəbindən dünyasını dəyişib ki, bu hadisə Taşkınlar ailəsində ciddi gərginliyə səbəb olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti