Bu addımı başqa hansı komandanın azarkeşləri atır? - VİDEO

9 Oktyabr 2023 20:40 Turan 946
Bu addımı başqa hansı komandanın azarkeşləri atır? - VİDEO

Premyer Liqanın 9-cu turunda “Zirə” “Turan Tovuz”u qəbul edib.

Gərgin keçən qarşılaşmanın yekununda meydan sahibləri qərb təmsilçisi üzərində qələbə qazanıb – 2:1.

“Turan Tovuz”un yenilgisinə baxmayaraq, tovuzlu azarkeşlər sevimli komandalarına sahib çıxıb.

Belə ki, hakimin final fitindən sonra qonaqlar üçün ayrılmış sektorda yer alan 50-yə yaxın fanat futbolçuları tribunanın önünə səsləyib, onları paltardəyişmə otağına alqış sədaları altında yola salıb.

Futbolçular da öz növbəsində nəcib addıma görə tərəfdarlara təşəkkür edib.

Ayxan Abbasovun çalışdırdığı kollektiv 9 turdan sonra topladığı 11 xalla 6-cı pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti