Azərbaycan klubunun baş məşqçisi bundan məlumatlıdır?

9 Oktyabr 2023 16:20 Turan 949
Azərbaycan klubunun baş məşqçisi bundan məlumatlıdır?

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib.

Kollektiv səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidir. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

"Turan Tovuz" bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti