Premyer Liqanın 9-cu turu çərçivəsində "Zirə" doğma meydanda "Turan Tovuz"u qəbul edib.
Matçın ikinci hissəsində Zirə İdman Kompleksinin tribunalarında gərginlik yaşanıb.
Qismət Alıyevin cərimə zərbəsindən vurduğu qolu tovuzlu fanatların qarşsında qeyd etməsi qonaqları özündən çıxarıb.
Qərbli azarkeşlər Qismətin, eləcə də "Zirə"nin ünvanına xoş olmayan ifadələr işlədib.
Yerli futbosevərlər yanaşı sektorda əyləşən qonaq fanatlara reaksiya verincə, işə polislər müdaxilə edib.
Asayiş keşikçiləri zirəlilərdən digər tribunaya yön almağı, tovuzlulardan uzaqlaşmağı tələb edib. Yerli azarkeşlər bunu özlərinə sığışdırmayıb.
Nəticədə polislə "Zirə"nin tərəfdarları arasımda kiçik söz atışması olub. Məsələyə klub rəsmiləri qarışandan sonra ara sakitləşib.
Çox keçmədən polislər baş hakim İnqilab Məmmədovu təhqir edən qonaqlardan sakitləşməyi, təhqiramiz ifadələrə yer verməməyi tələb edib.
"Zirə" - "Turan Tovuz" qarşılaşmasımda lider rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
HƏBİB / SPORTİNFO.AZ

