Bu qulağı çəkən, dibinə ilişdirən yoxdur

7 Oktyabr 2023 20:40 Turan 787
Bu qulağı çəkən, dibinə ilişdirən yoxdur

Hakim antipatiyası «Turan Tovuz»un yaralı yeridir.

Ayxan Abbasovun bu konteksdə səsləndirdiyi irada, giley-güzara qatılıram.

Çox az oyun sadalamaq olar, hansı ki, orada «Turan» yanlış qərarların bədəlini ağır ödəməsin.

Bu, komitənin problemidir. Bu, komitə ilə əlaqəli problemdir. AFFA-nın hakimlərə cavabdeh şəxslərinin «Turan» rəhbərliyindən nəyəsə görə xoşu gəlmir, əziyyətini komanda yaşayır.

«Penalti vermirlər» söyləyir Ayxan Abbasov. Yox! O, söyləmir.

Onu bunu söyləməyə məcbur edirlər.

Gah Kamal Umudlu, gah Rəşad Əhmədov, gah Əliməmməd, gah Gülməmməd belə edir. Bu dəfə də Kamranbəy Rəhimov.

Komitənin başbilənləri bircə dəfə bunların birinin qulağını çəksə, o birisi qələt edər bir də belə səhv qərar verər. Bu qulağı çəkən, dibinə ilişdirən yoxdur.

«Turan» yüksək yerlər uğrunda mübarizə aparmır. Hədəf şərtlərə və şəraitə görədir: Premyer Liqada qalmaq.

Hakimlər yaxasını buraxsa, Ayxan Abbasov bu məqsədin öhdəsindən tez gələcək, lap tez. Bu cür davam eləsə, məşəqqətli günlərin ardı-arası kəsilməyəcək.

Çarə budur: klubun məsul fiqurları getsin AFFA-ya və danışsınlar. Onları qayğılandıran sualları versinlər və bir cavab alsınlar.

Qoy bilsinlər ki, antipatik yanaşmanın kökündə nə dayanır və bu əngəlləmələr nə vaxt dayanacaq.

ELUNR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti