Klub sahibi tapşırıq verdi ki… MÜHÜM YENİLİK

7 Oktyabr 2023 15:00 Turan 956
Klub sahibi tapşırıq verdi ki… MÜHÜM YENİLİK

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin klubla bağlı növbəti planı məlum olub.

İş dünyasının tanınmış şəxsi bu dəfə tovuzlu azarkeşlərə jest etməyi planlaşdırır.

O, stadionunun tutumunun genişləndirilməsi yönündə müvafiq tapşırıq verib. Buna əsasən, əsas trbuna ilə üzbəüz tərəfdə 2 bölümdən ibarət sektor tikiləcək.

Ümumiyyətlə, aranada oturacaq sayının 10 minə çatdırılması nəzərdə tutulub. Yeni tribunaların inşasına nə vaxt start veriləcək? Tikinti qış fasiləsində də başlana bilər, may-avqust aylarına da qala bilər.

Ehtiram Quliyev ötən ilin əvvəlindən qərb klubunu himayəsinə götürüb. O, bu müddətdə mühüm işlər görüb.

Stadionda tablo və işıqlandırma sistemi quraşdırılıb. Hazırda bazanın ərazisində akademiya üçün ikimərtəbəli yeni binanın tikintisi davam edir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti