Azərbaycanda tanınmış iş adamı klub üçün böyük ərazini satın aldı

5 Oktyabr 2023 20:00 Turan 1 597
Azərbaycanda tanınmış iş adamı klub üçün böyük ərazini satın aldı

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev rayon ərazisində geniş torpaq sahəsi alıb.

Tanınmış iş adamı şəhərin girişinə yaxın yerdə 10 hektor ərazini artıq özəlləşdirib.

Yerli İcra Hakimiyyətinin köməyi ilə əldə olunan torpaq sahəsi klub üçün istifadə ediləcək. Burada böyük baza və bir neçə meydança salınacaq.

Həmçinin akademiya tikiləcək.

İnşaat layihəsi də hazırdır. Ərazidə işlərin nə vaxt başlanacağı qısa müddətdə dəqiqləşəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti