"Turan Tovuz" Premyer Liqanın 8-ci turunu məğlubiyyətlə başa vurdu.
Doğma meydanda "Neftçi"ni qəbul edən qərb təmsilçisi 0:1 hesablı məğlubiyyətə üzülən tərəf oldu.
Qarşılaşma meydan sahiblərinin kapitanı Şəhriyar Əliyev üçün başdan uğursuz start götürdü.
Belə ki, təxminən 10-cü dəqiqədə müdafiəçi ciddi zədə aldı.
Əvəzlənəcəyi gözlənilən təcrübəli sima israrla oynamaq istəyincə matçı sona qədər zədəli halda keçirdi.
Əliyevlə əlaqə saxlayıb həm oyundakı qərarı, həm də indiki durumunu öyrəndik:
"Təxminən 15-ci dəqiqə olardı. Üzümdən aldığım zədə bir kənara, dizimi hiss etmirdim. Hazırda dizimdə şiş var, güclü ağrı hiss edirəm. Bir neçə gün yalnız buz qoydum.
Bəli, ilk anda əvəzlənmək istədim. Sonra qərar verdim ki, davam edəcəm. Hamı qələbə üçün meydanda döyüşürdü. Bunu düşünəndə onları tək qoymaq istəmədim".
XANOĞLAN / SPORTİNFO.AZ

