
Ötən mövsümün sonu "Sumqayıt"ı tərk edən futbolçulardan biri də Aydın Bayramov oldu.
27 yaşlı qolkiper 4 ilə yaxın şərəfini qoruduğu klubu "Turan Tovuz"a dəyişdi.
Amma yerli publika hələ də onu unutmur.
Premyer Liqanın 7-ci turunun "Sumqayıt" - "Turan Tovuz" matçından (0:0) sonra yaşananlar bunu deməyə əsas verir.
Belə ki, qarşılaşmadan bir xeyli sonra futbolçular arenanı tərk edərkən bir xeyli fanat Aydının önünü kəsdi, onu dairəyə aldı.
Sabiq futbolçularına ürək sözünü deyən kim, foto çəkdirən kim.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz: