“Özüm də başa düşə bilmirəm, qapımıza nə zərbə vururlarsa, hamısı qol olur“

27 Sentyabr 2023 23:40 Turan 737
“Özüm də başa düşə bilmirəm, qapımıza nə zərbə vururlarsa, hamısı qol olur“

“Biz də rəqiblərimiz kimi oyundan-oyuna Tovuza gəlirik. “Sintetika”da oynamaq bizim üçün çox çətindir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Tərlan Quliyev deyib.

Ötən mövsümdən qərb təmsilçisinin formasını geyinən arxa xətt oyunçusu Tovuzda keçirdikləri ev oyunlarında davamlı halda bəxtsizliklə üzləşdiklərini bildirib:

“Məntiqlə burada oynamaq bizə daha rahat olmalıdır. Azarkeş dəstəyi, rəqiblərin uyğunlaşmadığı süni örtük.

Azarkeş amili ilə razıyam. Hər birinə təşəkkür edirəm.

Süni örtük amilinə gəlincə, biz daha çox Bakıda məşq edirik. Oradakı meydança isə təbii otdur.

Bir də bilirsiz, nəyi müşahidə etmişəm? Biz səfərdə oynayanda rəqiblər ələ düşən imkanların heç də hamısından yararlana bilmir.

Amma Tovuzda qapımıza nə zərbə vururlarsa, az qala hamısı qol olur. Özüm də başa düşə bilmirəm".

Digər Xəbərlər
Xəbər Lenti