"Mənə təklif etdi, heç fikirləşmədim, çünki..." - MÜSAHİBƏ

29 Sentyabr 2023 23:40 Turan 573
"Mənə təklif etdi, heç fikirləşmədim, çünki..." - MÜSAHİBƏ

"Turan Tovuz"un müdafiəçisi Sərkan Taşkın Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 7-ci turunda "Sumqayıt"la bərabərə qaldız. Qarşılaşma barədə fikirlərin necədir?

- Gözlədiyimiz kimi gərgin oyun keçdi. Hər iki komandanın qol imkanları oldu. Çalışdığımız qədər epizodlar yaratdıq, amma təəssüf ki, yararlana bilmədik. Təmiz penalımız isə verilmədi. Paltardəyişmə otağında yenidən baxdıq. Səfərdə bu komandadan bir xal qazanmaq pis deyil. Bilirdik ki, rəqib evdə çox inamlı çıxış edir.

- Bir xal qazanmağa sevinirsiz, yoxsa iki xalın üzüntüsü daha çoxdur?

- Əlbəttə, daha çox üzülürük. Amma səfərdəki 1 xal da pis deyil.

- Son anda "Turan"a qoşulmuşdun. Deyəsən, hələ də adaptasiya prosesin tam arxada qoymamısan...

- Yay fasiləsində müəyyən ailə problemlərim oldu. Bəlkə də ona görə adaptasiyanı bir qədər çətin keçirəm. Daha tez uyğunlaşmaq üçün əlimdən gələni edirəm. İnanıram ki, daha yaxşı olacam.

- Yay fasiləsində təkliflərin çox idi, amma son anda Tovuzu seçdin. Hazırkı yerindən məmunsan?

- Açığı, heç bir peşmançılığım yoxdur. Ayxan müəllim təklif edəndən heç fikirləşmədim. Çünki bir yerdə işləmişik, bir-birimizi tanıyırıq. Ayxan müəllim mənə inanır. Təəssüf ki, hələ inandığı qədər özümü doğrulda bilmirəm. İnşallah, bundan sonra daha yaxşı olacaq.

- Formanı bərpa edib, əsas heyətdə oynamağın üçün təxminən necə həftə yetərli ola bilər?

- Mən əlimdən gələni edəcəm, məşqçilər də qərarın verəcək. İnşallah,tez bir zamanda.

- "Zirə"də az şans qazansan da qollarını vururdun. İndi bunu etməyinə nə mane olur?

- İnşallah, tovuzlu azarkeşlər bunu gözləsin. Onları sevindirməyi çox istəyirəm. Mənə inansınlar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!