Premyer Liqada baş verən bu hadisə mübahisə yaratdı - VİDEO

25 Sentyabr 2023 20:40 Turan 788
Premyer Liqada baş verən bu hadisə mübahisə yaratdı - VİDEO

Premyer Liqada 7-ci turun ən gərgin oyunlarından biri Sumqayıtda keçirildi.

Yerli komandanın “Turan Tovuz”la qarşılaşması hər iki tərəfin səylərinə baxmayaraq, hesaba qapalı oldu.

Qərb təmsilçisi çətin səfərdən 1 xalla dönməsinə baxmayaraq, idarəçilikdən razı qalmayıb. Kamal Umudlunun 44-ci dəqiqədə verdiyi qərar onları narazı salıb.

Belə ki, “kimyaçılar”ın yarımmüdafiəçisi Rövlan Muradov cərimə meydançası daxilində qonaqların hücumçusu Martin Petkova qarşı kobud oynayıb. Ayağından zərbə alan bolqarıstanlı legioner yerdə qalıb.

Di gəl, nə referi, nə də VAR otağında əyləşənlər epizodu penalti kimi qiymətləndirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti