
Tovuz şəhər stadionunda yenidənqurma işləri davam edir.
Artıq burada projektorlar quraşdırılır.
Dörd aydır görülən işlərin yaxın günlərdə başa çatdırılması planlaşdırılır,
İşıqlandırma sistemində «Bakı»FK-ya aid materiallardan istifadə olunub. Belə ki, projektorlar 2015-ci ildə fəaliyyətini dayandırmış klubun Biləcəri qəsəbəsində yerləşən keçmiş bazasından gətirilib.
Təbii, havayı deyil. «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev alqı-satqı müqabilində qarşı tərəfə böyük miqdarda vəsait ödəyib.
SPORTİNFO.AZ