Xalı da götürüb getdilər - RAYONDAN FOTOREPORTAJ

19 Sentyabr 02:40 Turan 278
Xalı da götürüb getdilər - RAYONDAN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında VI tur bitib. .

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz” doğma azarkeşləri önündə “Qəbələ”ni qəbul edib.

Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Əvəzində fasilədən dərhal sonra tovuzlular dörd dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət ediblər.

56-cı dəqiqədə Fərid Nəbiyev, 59-cu dəqiqədə isə Belajdi Pusi adlarını tabloya yazdırıblar.

Lakin qonaqlar təslim olmayıblar. 72-ci dəqiqədə dəqiq zərbə ilə komandasını ümidləndirən Osama Xalayla 6 dəqiqə sonra penaltidən fərqlənərək, dubla imza atıb və “status-kvo”nu bərpa edib.

Komandaların sonrakı cəhdləri bir nəticə verməyib, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla “Turan Tovuz” cari mövsüm öz meydanında keçirdiyi ikinci matçda da qələbə qazana bilməyib.

Bu heç-heçə sayəsində “Turan Tovuz” xallarının sayını 10-a, “Qəbələ” isə 4-ə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti