Bölgədə 6 dəqiqəlik MÜƏMMA

17 Sentyabr 18:10 Turan 574
Bölgədə 6 dəqiqəlik MÜƏMMA

Premyer Liqanın 6-cı turunun maraqlı qarşılaşmalarından biri Tovuzda keçirilir.

Meydan sahibi “Turan Tovuz” ötən tur çempionatda ilk qələbəsini qazanan “Qələbə”ni qəbul edir.

Oyunun start fitinin saat 16:30-da çalınması planlaşdırılsa da, qarşılaşma 6 dəqiqəlik yubanma ilə başlayıb.

Stadiona toplaşan azarkeşlərin narahatlığına səbəb olan məqam “CBC Sport”un təyin olunan vaxtda yayıma hazır olmaması ilə bağlı imiş.

Telekanalın canlı yayıma vaxtında qoşula bilməməsi Əliyar Ağayevin matçı saat 16:36-da başlatması ilə nəticələnib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti