
"Turan Tovuz" ciddi itki ilə üzləşib.
Komandanın lider futbolçularından sayılan Rodrik Miller sıradan çıxıb.
O, "Sabah"la yoxlama matçının (3:2) 7-ci dəqiqəsində xəsarət alaraq meydanı tərk etmişdi.
MRT müayinəsindən keçən müdafiəçinin minimum 3 həftə komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.
Panama millisinin üzvü yeni mövsümə əla start vermişdi.
O, müdafiədə inamlı çıxışı ilə bərabər, 5 görüşdə vurduğu 2 qolla hücum xəttində də bölgə klubuna fayda verə bilirdi.
31 yaşlı legioner bu ilin martından "Turan Tovuz"un şərəfin qoruyur.
XANOĞLAN / SPORTİNFO.AZ