
Gənclər yığmasının sabiq müdafiəçisi Eltun Turabov problemlə üzləşib.
Ötən mövsümdən etibarən «Turan Tovuz»un formasını geyinən cinah oyunçusunun xarici pasportunun istifadə müddəti bitib.
Qərb klubu Gürcüstan doğumlu Turabova yeni pasport alınmasına köməklik göstərməsi üçün AFFA-ya müraciət edib. Federasiya da öz növbəsində Gənclər və İdman Nazirliyinin (GİN) qapısını döyüb.
GİN yaxın vaxtlarda müvafiq sənədlərin hazırlanacağı haqda qarşı tərəfi məlumatlandırır. Proses 2 ay öncə başlasa da, hələ davam eləyir və nə vaxt bitəcəyi bilinmir.
Tovuz təmsilçisinin Eltunun adını Peşəkar Futbol Liqasına göndərilən iştirak ərizəsində göstərməməsi sırf bundan irəli gəlir.
SPORTİNFO.AZ