«Bu komanda hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, amma avrokuboklara vəsiqə qazanıb-qazanmayacaqlarını deyə bilmərəm».
Futbol eksperti Emin Abbasov ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Turan Tovuz»un Premyer Liqada cari mövsümə yaxşı başladığını bildirib.
Deyib ki, çempionatda «Turan»dan daha imkanlı iştirakçılar var və medallar uğrunda mübarizə gərgin keçəcək.
Tanınmış teleşərhçi qərb təmsilçisinin beşinci turda «Sabah» üzərində layiqli qələbə (3:0) qazandığını söyləyib.
Qeyd edib ki, əyalət komandası ilk turlarda sərgiləmədiyi oyun keyfiyyətlərini Masazırda nümayiş etdirib.
O, Veysəl Rzayevlə Roderik Millerin yaradıcı planda mühüm iş gördüyünü vurğulayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: