"Turan"ın legioneri Farerdə meydana ayaq basdı, qalib gəldilər

11 Sentyabr 2023 01:20 Turan 525
"Turan"ın legioneri Farerdə meydana ayaq basdı, qalib gəldilər

Avro-2024-ün seçmə mərhələsində 6-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un futbolçusu Denis Marandiçinin çıxış etdiyi Moldova millisi səfərdə Farer adaları ilə qarşılaşıb.

Oyun Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 53-cü dəqiqədə Vadim Rata vurub.

Start heyətdə meydana çıxan Denis Marandiçi 90 dəqiqə meydanda olub.

Bu qələbə ilə xallarını 8-ə çatdıran Moldova millisi 2-ci pillədə qərarlaşıb. Lider Çexiyanın da 8 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti