“Azərbaycanda irəli addım atmağa, böyüməyə davam etmək istəyirəm”

9 Sentyabr 2023 21:20 Turan 799
“Azərbaycanda irəli addım atmağa, böyüməyə davam etmək istəyirəm”

“İrəli addım atmağa, böyüməyə davam etmək istəyirəm”.

"Turan Tovuz"un yeni legioneri Alexandro Qarsiya Serrano Sportinfo.az-a açıqlamasında belə deyib.

İspaniyalı yarımmüdafiəçi bu yay Azərbaycana gəlməklə doğru qərar verdiyini düşünür:

“Fərdi və kollektiv olaraq “Turan”la yaxşı bir mövsüm keçirməyə çalışacam. Gələcəkdə necə olacağını görəcəyik.

Hər halda Azərbaycan mənim üçün yeni ölkə və yeni çağırışdır. Burada özümü göstərməyi çox istəyirəm.

“Turan” xoşuma gəlir. Yaxşı və savadlı məşqçilərlə işləyirik.

Karyeramın ən uğurlu illərindən birini burada keçirəcəyimə əminəm”.

Qərb təmsilçisi "Sportinq Xixon"un yetirməsi 1+1 illik müqavilə imzalayıb.

28 yaşlı Serrano karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya" və "Qurnik"in (Polşa) formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti