"Şikayətlənmirik, axtarırıq, danışıqlar gedir” – Klubu himayəsinə götürmüş iş adamı

8 Sentyabr 2023 09:00 Turan 943
"Şikayətlənmirik, axtarırıq, danışıqlar gedir” – Klubu himayəsinə götürmüş iş adamı

"Ərazi axtarırıq, danışıqlar gedir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

Bu ilin əvvəlində qərb klubunu himayəsinə götürən iş adamı uşaq futbolu üçün yeni meydançalara ehtiyac duyduqlarını qeyd edib:

“Ehtiyat meydançamız yoxdur. Stadionda növbəyə dururuq.

Akademiyanın bütün yaş qrupları, ikinci heyət, əvəzedicilər hamısı bir stadionda məşq edir.

Məşq vaxtla keçirilir. Axşam işıqlandırma etmək mümkün deyil. Gündüz saatlarında bu istidə mümkün deyil.

Bizə uşaq futbolunun inkişafı üçün meydançalar lazımdır. Bunun üçün də yerimiz yoxdur.

Heç yoxdan yaxşıdır. Hazırda edəcək bir şey yoxdur.

Fəlsəfi olaraq şikayətlənmirik, sadəcə, real mənzərəni çatdırırıq. Bunu ölkə futbolu üçün etmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti