"Təəssüf ki, bizim komandadan heç bir futbolçu milliyə dəvət olunmayıb"

6 Sentyabr 2023 16:40 Turan 855
"Təəssüf ki, bizim komandadan heç bir futbolçu milliyə dəvət olunmayıb"

Avro-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.

Baş məşqçi Canni De Byazi milliyə 26 futbolçu dəvət edib.

İtaliyalı mütəxəssisin siyahısı yenə müzakirələrə yol açıb.

Məsələn, mövsümə əla start verən "Turan Tovuz"dan 1 futbolçuya belə dəvət göndərilməyib.

Xüsusilə mərkəz müdafiəçisi Şəhriyar Əliyevin kənarda qalması ciddi tənqidlərə yol açıb.

Mövzu ilə bağlı qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasovla söhbətləşdik.

Təcrübəli mütəxəssis həmkarının qərarı barədə danışmaq istəməsə də müəyyən fikirlər ala bildik:

"Çox təəssüf edirik ki, bizim komandadan heç bir futbolçu dəvət olunmayıb. Baş məşqçinin qərarıdır. Hərənin öz fikri, fərqli baxışı var.

Amma bu gün reallıqla danışsaq Şəhriyar Əliyev stabil çıxış edir, daim əsas heyətdədir. Belədə o da dəvət ala bilərdi.

İstənilən halda Azərbaycan millisinin baş məşqçisinin qərarların müzakirə eləmək istəmirəm.

Futbolçularıma dəvət gəlsə, canla-başla milliyə qoşulacaqlar. Dəvət yoxdursa, inşallah? daha çox çalışıb növbəti oyunlar da dəvət alarlar.

Milli komandamıza isə hər iki qarşılaşmada uğurlar arzu edirəm".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti