“Sabah”ı udacaqlarına əmin imiş – SƏBƏBİNİ DEDİ

4 Sentyabr 2023 17:00 Turan 846
“Sabah”ı udacaqlarına əmin imiş – SƏBƏBİNİ DEDİ

“Rəqibi çox yaxşı təhlil etmişdik.

“Səbail” məğlubiyyətindən sonra motivasiya da həddən artıq çox idi”.

“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev Sportinfo.az-a açıqlamasında komandasının “Sabah” üzərində böyük hesablı qələbəsini şərh edib.

Çempionluğa əsas namizədlərdən olan “tələbələr”in bölgə təmsilçisini uduzacağı və ən əsası, qapısından 3 cavabsız top buraxacağı heç kimin ağlına gəlməzdi.

Tovuzlular rəqibdən çəkinməyərək sərgilədiyi məzmunlu futbolla istəyinə çatdı.

Kapitan oyundan qələbə ilə ayrılacaqlarına inandığını gizlətməyib, qələbəni azarkeşlərə həsr etdiyini bildirib:

“Sabah”ın güclü heyəti var, çempionluğa namizəd hesab olunur. Üstəlik, biz ötən həftə “Səbail”ə uduzmuşduq.

Bəlkə də buna görə əksəriyyət qalib gələcəyimizi gözləmirdi. Amma bizim içimizdə rahatlıq var idi ki, qələbə qazanacağıq.

“Sabah”a boşluq vermək olmaz. 4-5 futbolçuları var ki, onlara boşluq verəndə komandanın qarşısında dayanmaq olmur.

Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib vacib qələbə qazandıq

Qələbəni azarkeşlərimizə həsr edirik. Bizə görə o boyda yolu Tovuzdan Bakıya gəlmişdilər. Hər zaman yanımızda olurlar.

Udsaq da, uduzsaq da, yanımızdadırlar. Çəkdikləri əziyyətə, göstərdikləri inama görə hər birinə təşəkkür edirəm”.

“Turan Tovuz” 5 turdan sonra xalların sayını 9-a yüksəldib.

Ayxan Abbasovun yetirmələri sentyabrın 17-də doğma meydanda “Qəbələ”ni qəbul edəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti