Qorxulu qənim QONAQ

2 Sentyabr 2023 14:40 Turan 636
Qorxulu qənim QONAQ

«Turan Tovuz» keçənilki çempionatda getdiyi marşrutun davamını gətirir

. «Tipik səfər komandası» ifadəsi onların «əyninə biçilib».

Beş tura toplanan 9 xalın hamısı özgə meydanında qazanılıb. Bu faktın özü çox şeydən xəbər verir.

Misalçün, Tovuzda meydana çıxmağın yaratdığı gərginlikdən. «Turan» harasa gedəndə sanki bu yüki, ağırlığı üzərindən atır, özünü quş kimi yüngül hiss edir.

Masazırda olduğu kimi.

Ayxan Abbasov «Sabah»ın durumunu hərtərəfli analiz elədi, komandası hesablamanı doğru yerinə yetirdi.

Hər məşqçidə belədir: əgər o, formadadırsa, saat kimi düzgün çalışırsa, futbolçularını hədəfə tərəf aparmaqda ciddi sıxıntısı olmayacaq.

Qonaqlar «Sabah»a böyük meydan vermədi. Bir qədər yaxın, bir qədər də sərt oynadılar.

Topla gəzinti etmələrinə zona açmadılar. Aleksey Kaşukla Coy Lens Mikelsin yoxluğunu unutdura bilməyən rəqibin cərimə meydançasına daxil olmasına izn tanımadılar.

Fasiləyəyə üstün yollanmaq «Turan»a minimum 1 xal vəd edirdi. Oyunun havasından tutdular ki, «Sabah» ikinci hissədə əsəbi olacaq, hücumdan savayı heç nə barədə düşünməyəcək.

İkinci qol ev sahiblərini tamamən çökdürdü, “Turan”ın üçüncü qolu isə baxımlı alındı. Cinahda qapıçı ilə üzbəüz qalan Pusi yerində dövrə vurandan sonra topu “çərçivə”nin uzaq küncünə fırlatdı.

Bu, artıq son nöqtə idi. “Turan”ı sensasiyaya aparan, “Sabah”ı dizə gətirən matçın sonu.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti