
“Onu şəxsən tanımıram, amma maraqlı odur ki, haqqında yalnız xoş sözlər eşidirəm”.
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev barədə danışıb.
Tanınmış teleşərhçi iş adamının ünvanına müsbət fikirlər söyləyib: “Cəmiyyətdə belə insanların olması yaxşı haldır.
Təki bütün iş adamları bu cür xasiyyətdə olsun. O, Tovuz futbolunu qaldırmağa çalışan adamdır.
Ehtiram müəllimin bir sözü diqqətimi çəkib. Deyib ki, bizim yaxşı imkanı olan dostlarımız var və onları futbola gətirə bilərik. Ancaq biz istəyirik ki, hər şey təbii şəkildə olsun”.
SPORTİNFO.AZ.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: