
“Turan Tovuz” bu mövsüm ilk dəfə ötən həftə doğma meydanda meydana çıxdı.
“Səbail”i qonaq edən Qərb təmsilçisi meydandan 1:3 hesablı məğlubiyyətlə ayrıldı.
Qarşılaşmadan sonra isə nəticədən çox arenada qonaqların qarşılaşdığı bəzi problemlər daha çox müzakirə olunmağa başladı.
Məsələn, Media sektorunun yerində edilən dəyişiklər qələm əhlinin ürəyincə olmadı.
Bundan başqa stadion ərazisinə giriş üçün akkreditasiyaya sahib bəzi şəxslərə bu imkan yaradılmayıb.
Maraqlıdır, klub eşitdikləri iradlarla razılaşırmı?
Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev Sportinfo.az-a açıqlamasında bunları dedi:
“Mövsümün ilk ev oyunudur müəyyən problemlərin yaranması normaldı. Keçən mövsümdə də ilk ev oyununda müəyyən çatışmazlıqlar olmuşdu.
Hansı ki, dərhal aradan qaldırıldı. Növbəti oyunda, inşallah bütün çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
XANOĞLAN