
“Turan Tovuz” – “Səbail” oyunu həm də qardaşların mübarizəsi idi.
Ötən mövsüm “Kəpəz”in uğurları üçün tər tökən Yusif və Fərid Nəbiyev qardaşları bu dəfə fərqli cəbhədəydi.
Yusif “Səbail”in uğuru üçün tər tökürdüsə, Fərid tovuzluların qalib gəlməsi üçün əlindən gələni edirdi. Sonda sevinən Yusifin komandası oldu.
Qardaşların oyununu izləmək üçün Ağstafadan gələn ataları da stadiona təşrif buyurmuşdu. Futbolçu qardaşların valideyni görüşü həyəcanla izləyirdi.
Oyun başa çatan kimi əhvalı pozulan Fərid birbaşa paltardəyişmə otağının yolunu tutdusa, Yusif meydanı tərk edərək birbaşa tribunaya qalxdı.
Atasını bağrına basıb, təbrik sözlərini eşidəndən sonra “Səbail”in paltardəyişmə otağının yolunu tutdu. Ayaz kişi isə qarışıq hislərlə stadiondan ayrıldı.
HƏBİB / SPORTİNFO.AZ