Səmimi danışan klub sahibi: “Gəlin, real danışaq, çempion necə olaq?”

29 Avqust 2023 09:20 Turan 786
Səmimi danışan klub sahibi: “Gəlin, real danışaq, çempion necə olaq?”

"Azarkeş hər zaman çempionluğa oynayan komanda görmək istəyir. Mən də azarkeş olsam, bunu istəyərəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

O, hazırda Konfrans Liqasına vəsiqə qazanmağın çətinliyini qabardıb:

“Ona görə azarkeşlərə səslənmək istəmirəm. Dünənə qədər gözəyarı baxırdıq, indi katapult sistemini yeni almışıq.

Hansı mövqelərdə səhvimizin olduğuna bu sistem kömək edəcək. Biz gələnə qədər büdcəmizdə bunun üçün vəsait yox idi.

Ən ciddi əskikliyimiz yoxdur. Bununla da daha iddialı olmaq, Konfrans Liqasına getmək olar.

Gəlin, real danışaq, çempion necə olaq, Konfrans Liqasına necə gedək? Təbii ki, pessimist düşünmürük. Hər oyuna döyüşkən çıxırıq.

Ötən ildəki xallardan daha çoxunu toplamaq istəyirik. Amma baş plan bu il üçün Premyer Liqada qalmaqdır.

Kubok da bizim üçün hər zaman önəmlidir. UEFA-da reqlament dəyişikliyindən sonra hər kəs bunu hədəfləyir.

Biz də bir titul almaq istəyirik. Bu yolda sonadək mübarizə aparacağıq".

Digər Xəbərlər
Xəbər Lenti